Xocavənddə şəhidin anım günü keçirilib
01.11.2021 [10:24]
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə bağlı tədbir keçirilib.
Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında keçirilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının fəal üzvləri, eləcə də Əməkdar artist Ağalar Bayramov iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.
Qeyd olunub ki, Xocavənd rayonu Tuğ kənd sakini, gizir Abdullayev Tural Bəylər oğlu 24 oktyabr 2020-ci il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olub.
Ölümündən sonra Abdullayev Tural Bəylər oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,
medalları ilə təltif olunub.
Eyvaz Hüseynov çıxış edərək bildirib ki, Vətən müharibəsində Xocavənd rayon sakinləri də fəal iştirak ediblər, 8 nəfər xocavəndli döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. O, Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olub Abdullayev Tural Bəylər oğlunun döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.
Həmçinin Əməkdar artist Ağalar Bayramov söyləyib ki, xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edir. Çıxışını vətən mövzusunda səsləndirdiyi şeirlərlə bitirən Azərbaycan Respublikasının Əməkdar artist A.Bayramov bir daha torpaqlarımızın azad olunması yolunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Anım mərasimdə şəhid Abdullayev Tural Bəylər oğlunun Salakətin kənd tam orta məktəbində təhsil aldığı illərdə müəllimi olmuş Gültəkin Ağayeva çıxış edərək Turalı çox vətənpərvər istiqanlı, mehriban şagird kimi xatırladığını deyib. Gültəkin Ağayeva 44 günlük Vətən müharibəsində Turalla yanaşı, Salakətin kənd tam orta məktəbinin məzunu olmuş daha 4 şagirdin şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirib.
Şəhid Tural Abdullayevin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğı görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda Salakətin kənd tam orta məktəbi şagirdlərinin və Kuropatkin kənd uşaq bağçasının körpə fidanlarının şəhidlər haqqında söylədikləri şeir parçaları dinlənilib.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

