Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qaradağ rayon təşkilatı 60 saylı ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Qaradağ rayon təşkilatı 60 saylı ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib

01.11.2021 [12:32]

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı 60 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktor müavini, 60 saylı ərazi partiya təşkilatının sədri Əliağa Səfərov hesabat məruzəsi ilə çıxış edərək ərazi partiya təşkilatının gördüyü işlər barədə məlumat verib.

Yığıncaq iştirakçılarından BDÖZ-un Mexanika və Energetika şöbəsinin rəisi Qabil Allahyarov, İnsan Resursları şöbəsinin rəisi Kamran Mürsəlov, İqtisadiyyat-uçot şöbəsinin rəisi-baş mühasib Fazil Nəsibli və digərləri  çıxış edərək ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunun mahiyyətindən və Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində oynadığı roldan və s. məsələlər haqqında fikirlərini bildirib.

Q.Əliyev qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarının üzvlərinə müvafiq tövsiyələr verib.

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31