Nizami rayonunda Zəfər günü qeyd edilib
10.11.2021 [13:06]
Nizami rayonu, Şəhidlər Xiyabanında Zəfər günü qeyd edilib.
Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçmiş qəhrəmanların xatirəsinə inşa edilmiş “Şəhidlər bulağı”nın açılış mərasimində iştirak ediblər.
Şəhidlər Xiyabanında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Sonra Nizami rayonundan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, həmçinin şəhid ailələri, qazilər, müharibə iştirakçıları bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zamanda - 44 gün ərzində möhtəşəm Zəfər qazanılıb. Qeyd olunub ki, Dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Vurğulanıb ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs salıb və şəhidlərimiz, qazilərimiz qanı, canı bahasına Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib.
Şəhid ailələri, qazilər bir daha onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, dualar oxunub.
Xəbər lenti
Hamısına baxGündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52

