Gəncədə şəhid mayor Sərxan Muxtarovun barelyefinin açılışı olub
16.12.2021 [17:18]
Qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş mayor Muxtarov Sərxan İlqar oğlunun yaşadığı evdə barelyefinin açılışı olub.
Açılış mərasimində şəhidin ailə üzvləri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, Nizami və Kəpəz rayon bələdiyyələrinin sədrləri, şəhidin yaxınları, dostları və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhid olan əsgərlərimizin cəsarətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı söylənilib.
Millət vəkili Naqif Həmzəyev çıxış edərək bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Ölkəmizin dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Vətən üçün canından keçən qəhrəmanların, Sərxan kimi şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhidin yaxınları Onun haqqında xatirələrini, igidliyi, şücaəti barədə danışıblar. Şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həllinin dövlətimizin diqqət mərkəzində olduğu xüsusi vurğulanıb şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini qeyd edib, göstərilən diqqətə və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra barelyefin açılışı olub, önünə tər gül dəstələri düzülüb.
Şəhid Sərxan Muxtarovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi iştirakçısı Sərxan Muxtarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vətən müharibəsi dövründə Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və Sərhəd Qoşunlarında hərbi xidmətdə olub, qəhrəmancasına döyüşüb. Mayor Sərxan Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək şəhidlik zirvəsinə ucalıb.
Muxtarov Sərxan İlqar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

