Parlament seçkiləri demokratiyanın daha bir təntənəsi olacaq
23.10.2010 [11:03]
Oktyabrın 20-də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən Asəf Hacı oğlu Hacıyev ilə seçicilərin görüşü keçirilib.
Tədbirdə AMEA-nın birinci vitse prezidenti Arif Həşimov, AMEA-nın baş akademikinin katibi, akademik Vaqif Fərzəliyev iştirak və çıxış ediblər.
Toplantını giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq bildirib ki, Azərbaycan bu günlər öz inkişafının tarixi mərhələsini yaşayır. Gəncəlilərin bugünkü yüksək əhval-ruhiyyəsinin ölkənin güclü partiyası olan Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsindən xəbər verdiyini vurğulayıb. Qeyd edib ki, gəncəlilər hər zaman nikbin, yüksək əhval-ruhiyyədə, mətin, mübariz və yekdildirlər. Yüksək əhval-ruhiyyə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən layiqincə davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bəhrələrindən irəli gəlir. Uğurlu siyasətin nəticəsidir ki, 2001-ci ildə bir milyard dollar olan dövlət büdcəmiz hazırda 15 milyard dollar təşkil edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti, regionların inkişafına qayğı və diqqəti sayəsində doğma Gəncəmiz də gündən-günə inkişaf edir. Nailiyyətlərin qazanılmasında insanların etimad göstərdiyi millət vəkillərinin də əməyi çoxdur. Gəncəmiz üçün layiqli xidmət göstərən belə deputatlardan biri də Asəf Hacı oğlu Hacıyevdir. Asəf Hacıyev tanınmış ziyalı, görkəmli elm xadimi, vətənpərvərliyi ilə dünyanın bir çox ölkələrində Azərbaycanı ləyaqətlə təmsil edən millət vəkilidir. Deputat kimi onun fəaliyyəti Gəncə şəhəri ilə həmişə sıx bağlı olub. Millət vəkilinin səyi nəticəsində şəhərimizdə əlillər üçün müxtəlif iş yerləri açılıb, onların müalicəsinin təşkili, məişət qayğılarının həlli sahəsində xeyli iş görülüb. Asəf Hacıyevi nəinki ölkəmizdə, eləcə də, respublikamızdan kənarda yaxşı tanıyırlar.
Natiq bütün seçiciləri 7 noyabrda elliklə seçki məntəqələrinə gələrək YAP-ın layiqli namizədinə Asəf Hacı oğlu Hacıyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvlərindən Əhəd Məmmədov, Mobil İmanov, Qurban Qurbanov, Ənubət Nəzərli çıxış edərək qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin əsas prioritetlərini qüdrətli, demokratik Azərbaycan dövlətinin qurulması və sivil dünyaya inteqrasiya təşkil edir. Bütün maneələrə, keçid dövrünün obyektiv şərtlərinə baxmayaraq, bu gün Azərbaycanda demokratik, hüquqi vətəndaş cəmiyyəti formalaşır, demokratikləşmə prosesi təkamülə, yaradıcı potensiala əsaslanır. Müdrik siyasət nəticəsində mükəmməl seçki sistemi təşəkkül tapıb, bu sistem dayanıqlığı ilə bir çox situasiyalarda alternativsizliyini sübut edib. İndi Azərbaycan seçicisi daha sayıq, daha cəsarətlidir və hadisələrin, proseslərin gedişini düzgün qiymətləndirmək, öz taleyini sərbəst şəkildə həll etmək, reallıqlara əsaslanan seçim etmək qabiliyyətinə, gücünə malikdir. Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir. İldən-ilə təkmilləşən seçki qanunvericiliyi Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir. Xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Söz yox ki, indiyədək keçirilən seçkilərdə birlik və yekdillik göstərən gəncəlilər 7 noyabr 2010-cu ildə öz ənənələrinə sadiq qalaraq, seçki məntəqələrinə gələcək və YAP-ın namizədlərini dəstəkləməklə Azərbaycanın inkişafına, xoş güzəranımıza, yüksək həyat tərzimizin təmin olunmasına, yeniyetmə və gənclərimizin intellektual səviyyədə fəal cəmiyyətə qoşulmasına, xoşbəxt gələcəyinə səs verəcəklər.
Seçicilər çıxış edərək deputatlığa namizəd - AMEA-nın müxbir üzvü, millət vəkili Asəf Hacıyevi yaxşı tanıdıqlarını, onun geniş ictimai-siyasi fəaliyyəti sayəsində ictimaiyyət arasında hörmət, nüfuz qazandığını vurğulayıblar. Onu da qeyd ediblər ki, əvvəlki seçkilərdən keçən beş ildə ölkəmizin, eləcə də, şəhərimizin həyatında mühüm hadisələr baş verib. İctimai-siyasi, sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə olunub. Qazanılan nailiyyətlər xalqımızın, eləcə də, gəncəlilərin möhtərəm Prezidentimizə və Onun apardığı siyasətə inamı və dəstəyi nəticəsində mümkün olub. ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər söz yox ki, qələbələrimizin sayını daha da artıracaq, bizim etimadımızı layiqincə doğruldacaq, Vətənimizin inkişafına öz töhfələrini verəcəklər. 7 noyabr 2010-cu ildə bizim hər birimiz yekdilliklə seçki məntəqələrinə gələcək, sonsuz fərəh və iftixar hissi ilə Yeni Azərbaycan Partiyasına, parlament seçkilərində partiyanın namizədlərinə səs verəcəyik.
Deputatlığa namizəd Asəf Hacıyev seçicilərin müraciətlərini cavablandırıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

