Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qazaxda Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

Qazaxda Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

06.05.2022 [11:27]

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının, Qazax rayon Gənclər və İdman idarəsinin, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini - futbol turniri ilə yanaşı, həvəskar şahmatçılar arasında rayon turniri də keçirilmişdir.

Bu turnirlərin keçirilməsinin əsas məqsədi Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, ona olan böyük hörmət və ehtiramın bir daha  təzahürü, Qazax rayonunda idmana  marağın artırılması və  kütləviliyinə nail olunmasıdır.

Artıq  həvəskar şahmatçılar arasındakı turnir başa çatmış,   Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Həsənov Məhi Etibar oğlu I, həmin kollecin tələbəsi İbrahimov Ramil Hüseyn oğlu II və Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi İsmayılova Hənifə Korca qızı III yerləri tutmuşlar.

Sonda qalib şahmatçılar müvafiq olaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

          

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31