Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

23.06.2022 [12:55]

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

​ Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən Ulu Öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir. Müstəqil Azərbaycan Ordusunun yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun tarixi Azərbaycan Respublikası Sülahlı Qüvvələr günü elan edilmişdir.

Bu gün biz əminliklə deyə​ bilərik ki, bütün sahələrdə olduğu kimi ordumuzun günü-gündən möhkəmlənməsi istiqamətində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.

Cənab Prezidentimizin rəhbərliyi ilə​ Rəşadətli Ordumuz işğal altında olan əbədi və əzəli torpaqlarımızı, doğma Qarabağımızı 44 günlük Vətən müharibəsi ilə azad etdi. Bu Qələbə Azərbaycan tarixinə şanlı səhifə kimi qızıl hərflərlə əbədi həkk olundu. Ali Baş Komandanımız və Azərbaycan Ordusu bizə Qələbə bəxş etdi. Cənab Prezidentimizin əzmi, qətiyyəti, və Ordumuzun yenilməzliyi sayəsində ölkəmizin hər bir kəndində, şəhərində, hər bir evində Qələbə sevinci yaşandı. Təbiiki bu çox böyük uğurdu çünki bütün dünya bizim ordumuzun gücünü, qüdrətini gördü. Azərbaycan odusu elə bir tarix yazdi ki, bu tarixə qızıl hərflərlə düşdü və əsrlər keçsə də bu şanlı qələbə heç bir zaman unudulmayacaq.

Respublikamızın hər bir guşəsində 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Cənab Prezidentimiz Xalq-Dövlət birliyi yaradan qüdrətli sərkərdə və Ali Baş Komandan kimi Azərbaycanın tarixində daim qalacaq. 44 günlük Vətən savaşına başçılıq edərək onu Zəfərə çevirən, işğal olunmuş torpaqlara qədəm qoyaraq ora rifah ümidi gətirən və yaratdıqı güclü ordu ilə şəhidlərimizin qısasını alaraq 30 illik həsrətə 44 gündə son qoyan Ali Baş Komandanımızla qürur duyuruq. Cənab Prezidentimizin, doğrudan da əvəzolunmaz bir rəhbər olduqunun şahidi olduq. Məhz Ordumuzda bu gücü ondan alaraq tarixə möhtəşəm bir səhifə yazdı. Bugün başımız dikdir çünki biz artıq qalib bir ölkəyik.

Yaşasın Ali baş komandan! Yaşasın Müzəffər Ordumuz!

Qarabağ Azərbaycandır!!!!!

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

28 İyun 10:14

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30