YAP Qazax rayon təşkilatı – 29 il
25.07.2022 [10:32]
22 iyul 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə ərazi partiya təşkilatı sədrləri, partiya veteranları, partiya sıralarına yeni qəbul olunmuş gənclər və rayon təşkilatının fəalları iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndrildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən əldə etdiyi nailiyyətlərdən, qazandığı uğurlardan, keçdiyi şərəfli yoldan ətraflı bəhs etdi. Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində ölkəmizin qazandığı möhtəşəm qələbələrdən, əldə etdiyi uğurlardan da geniş danışaraq partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik etdi.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış etdi. Rayon təşkilatının sədri qeyd etdi ki, YAP Qazax rayon təşkilatı hazırda 77 ərazi partiya təşkilatında 10514 nəfər partiya üzvünü özündə birləşdirir ki, həmin üzvlərdən də 6730 nəfəri qadınlar, 2643 nəfəri isə gənclərdir. Ötən 6 ay ərzində 4 yeni ərazi partiya təşkilatı yaradılmış, 400 nəfərdən artıq təəssübkeş partiya sıralarına qəbul edilmişdir. A.Nəbiyev rayon təşkilatının həyata keçirdiyi tədbirlərdən, partiya üzvlərinin rayonun ictimai – siyasi həyatındakı rolundan, partiyanın VII Qurultayından irəli gələn vəzifələrdən də ətraflı danışdı.
Partiya veteranlarından Çingiz Pənahov, Bəsti Ələkbərova, Kazım Kazımlı, ərazi partiya təşkilatının sədri Aynurə Abbasova çıxış edərək Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 29 il ərzində keçdiyi şərəfli yoldan və qazandığı uğurlardan geniş bəhs etdilər.
Tədbirdə YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında göstərdikləri xidmətlərə görə bir qrup partiya veteranı fəxri fərmanla təltif olundu, partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.
Tədbir Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəngarəng çıxışları ilə yekunlaşdı.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

