Qazaxda həkim şəhidin doğum günü ehtiramla yad edilib
12.08.2022 [15:15]
12 avqust 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və partiya fəalları tərəfindən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu şəhid Adil Qədir oğlu Əfəndiyevin doğum günündə xatirəsi ehtiramla yad edildi.
Mərasim iştirakçıları əvvəlcə Qazax rayon Mərkəzi Xəstəxanasının binasının önündə şəhid həkimimizin xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksini ziyarət etdilər. Ziyarət zamanı çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza möhtəşəm qələbə sevinci bəxş etmişdir. Bu qələbə sevincini bizlərə yaşadan oğullarımızdan biri də Adil Əfəndiyevdir. O, şərəfli bir döyüş yolu keçmişdir. Döyüşlər zamanı neçə - neçə yaralı əsgər və zabitlərimizə tibbi xidmət göstərmişdir. O, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralı komandiri Anar Əliyevin həyatını xilas edərkən şəhidlik zirvəsinə ucalmışdır. Adil Əfəndiyev göstərdiyi igidliyə və şücaətə görə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Onun göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə nümunədir. Qədirbilən xalqımız və dövlətimiz müqəddəs şəhidlərimizin əziz xatirəsini həmişə uca tutur, şəhid ailələrinə və qazilərə daim yüksək səviyyədə diqqət və qayğı göstərir.
Mərasim iştirakçıları daha sonra şəhid həkim Adil Əfəndiyevin uyuduğu Qazax şəhər qəbristanlığına gedərək onun qəbri önünə qərənfillər düzmüş, ruhuna dualar oxumuşlar.
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18

