Milli maraqlara və beynəlxalq hüquqa əsaslanan siyasət
06.09.2022 [16:58]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin avqustun 31-də İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri münasibətlərimizdə yeni səhifə kimi dəyərləndirilir. Bu baxımdan ki, iki ölkənin əməkdaşlıq gündəliyinə yeni bir sahənin-təhsilin əlavə olunması yeni səhifənin əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağına böyük inam formalaşdırır. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin 2020-ci ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair imzalanan Birgə Bəyannamə bugünümüz və gələcək üçün atılacaq addımları özündə ehtiva etmişdir. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədə qurulub və müttəfiqliyə doğru addımlayır.
Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumdakı çıxışında diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və İtaliyanın ötən dövr ərzində əlaqələrinin inkişafı istiqamətində atılan addımlara baxış fonunda perspektivləri açıqladı. Təbii ki, əlaqələrin inkişafında qarşılıqlı etimad əhəmiyyətli rol oynayır ki, hər iki tərəf münasibətlərin səviyyəsindən məmnundur, mövcud imkanlardan istifadə edərək bu əlaqələri daha da inkişaf etdirmək istəklərini ifadə edirlər.
Azərbaycan Avropa İttifaqına üzv dövlətlərdə 9-u ilə Strateji Tərəfdaşlığa dair Memorandum imzalayıb ki, bunlardan biri İtaliyadır. İtaliya iqtisadi və digər göstəricilərinə görə dünyanın səkkizinci böyük ölkəsidir. Həmçinin Avropa İttifaqının və NATO-nun da aparıcı ölkələrindəndir. İtaliya hər zaman Azərbaycanla Avropa İttifaqının, eyni zamanda NATO-nun əlaqələrinin inkişafında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Reallıq onu deməyə əsas verir ki, belə səfərlər münasibətlərimizin təkcə ikitərəfli deyil, həm də çoxtərəfli inkişafı üçün yeni imkanlar yaratmış olacaq.
Hər bir səfər mühüm addımların atılması, sənədlərin imzalanması ilə yadda qalır. Dövlət başçısı İlham Əliyevin 2020-ci il fevralın 19-21-də İtaliyaya gerçəkləşdirdiyi dövlət səfərində 28 sənəd imzalanmışdır. Qeyd etdiyimiz kimi, həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin xüsusi əhəmiyyəti var. Bu sənəd iki ölkə arasında münasibətlərin inkişafında yol xəritəsidir. Eyni zamanda, siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri özündə əks etdirir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində İtaliyada Azərbaycan səfirliyinin yeni binasının istifadəyə verilməsi və digər görüşlər iki ölkə arasındakı münasibətləri yeni müstəviyə qaldıracaq. Bir mühüm məqamı da qeyd edək ki, sentyabrın 25-də İtaliyada parlament seçkiləri keçiriləcək. Ölkənin seçkilərə hazırlıq tədbirlərini gördüyü bir zamanda İtaliya Prezidentinin cənab İlham Əliyevi ölkəsinə işgüzar səfərə dəvət etməsi Azərbaycana, Prezident İlham Əliyevə hörmətin və etimadın göstəricisidir. Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində göstərdiyi qətiyyət, mövqeyindən bir addım da belə geri çəkilməməsi, Vətən müharibəsinin tarixi Zəfərimizlə sona çatması, həmçinin dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığı zamanlardan Azərbaycan Prezidentinin təşəbbüsləri dünyada böyük marağa və diqqətə səbəb oldu. Dünyanın bir-birinə əks qütblərini bir araya gətirən Azərbaycan koronavirus infeksiyası ilə birgə mübarizənin vacibliyini bildirdi. Azərbaycanın 80-dan artıq ölkəyə humanitar və maddi dəstək göstərməsi, “peyvənd millətçiliyinə” qarşı fəal mübarizəsi beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan böyük nüfuza, siyasi çəkiyə malik olan ölkədir.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri bu ölkənin mətbuatının diqqət mərkəzində oldu. Cənab İlham Əliyev həm Forum çərçivəsində İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırdı, həm də “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrinə, enerji strategiyasının mərhələlərinə, eyni zamanda, yeni qlobal düzənə ölkəmizin yanaşmasına aydınlıq gətirdi. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı bir daha qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Prezident İlham Əliyev beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin dövrün çağırışlarına uyğunlaşdırılmasının vacibliyini bildirdi. Ümumilikdə səfər dostluğumuzun və tərəfdaşlığımızın daha da möhkəmlənməsində böyük əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxSosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29

