Tezliklə Böyük Qayıdışın sevincini füzulililər də yaşayacaq
19.10.2022 [10:30]
Dünyaya səs salan, 30 illik işğala son qoyaraq kimliyimizi, qürurumuzu özümüzə qaytaran, Azərbaycanın qalib ölkə kimi söz sahibliyini möhkəmləndirən tarixi Zəfərimizin ikinci ildönümü ərəfəsindəyik. Zəfər Gününədək 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edildiyini nəzərə alsaq bu günlərin bizim üçün ikiqat sevinc olduğunu böyük qürur hissi ilə qeyd edərik. Artıq xalqımız iki ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edir. Bu qüruru yaşamağımıza görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, qanları, canları ilə tarix yazıb şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan Bayrağının Cəbrayılda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanmasından qürur hissi keçirir. 30 il xalqımız bu amalla yaşadı: Ərazi bütövlüyümüz təmin olunsun, Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalansın.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bu sevinci bizə yaşatdı. Tarixi sahibinə qovuşan torpaqlarımızda bayrağımızın ucaldılması özündə bütün məqamları ehtiva edir.
2020-ci il oktyabrın 17-də rəşadətli Ordumuz Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və Füzuli şəhərini düşməndən azad etdi.
Tarixə qısa nəzər salaq. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.
1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında, bütün sahələrdə inkişafa, tərəqqiyə yol açdı. Müstəqilliyimizin bərpasının ilk illərində iqtidarda olanların səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları, Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarına xidmət etməsi 20 faiz torpaqımızın işğalına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə səbəb oldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda atılan addımlar tez bir zamanda öz müsbət nəticəsini verdi. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olundu.
Füzuli uğrunda aparılmış döyüşlər 44 günlük İKinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Otuz il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Ancaq Füzuli uğrunda döyüşlərdə rəşadətli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Mənfur düşmən və bütün dünya Azərbaycan Ordusunun gücünü gördü və bunu etiraf edir.
Füzuli uğrunda döyüşlərdə iştirak edən Vətən oğullarının qəhrəmanlığı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Belə ki, 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
İki ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Füzuli də həyatının yeni dövrünü yaşayır. Tarixi Zəfərimizdən sonra, 16 noyabr 2020-ci il tarixdə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdilər. Bu səfər tarixi səfər olmaqla yanaşı, genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərinin başlanğıcı oldu. Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Füzulidən Şuşaya çəkilən Zəfər yolu qısa zamanda istifadəyə verildi. Kommunikasiya və elektrik xətlərinin bərpası artıq başa çatıb. Hazırda yeni yaşayış binalarının, məktəblərin, səhiyyə müəssisələrinin, həmçinin Dövlətyarlı “ağıllı kənd”nin tikintisi sürətlə davam etdirilir. Görülən işlər bu əminliyi yaradır ki, tezliklə Böyük Qayıdışın sevincini füzulilər də yaşayacaq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14

