/ / Vətən müharibəsindəki qələbəmiz dövlət-xalq-ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi
Vətən müharibəsindəki qələbəmiz dövlət-xalq-ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi
15.11.2022 [14:28]
“2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatlarının nəticəsi olaraq düşmən tapdağı altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə dövlətimizin, xalqımızın və ordumuzun rəşadətini, qətiyyətini və məğrurluğunu bütün dünyaya göstərdi, düşmənlərə və onun havadarlarına əsl dərs oldu. 44 gün ərzində davam edən Vətən müharibəsində ədalət təmin edildi, beynəlxalq hüququn rəsmən tanıdığı tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Alınmaz qalamız sayılan Şuşanın erməni işğalından azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə görə Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı bir sıra məsələlərə aydınlıq gətirməkməklə yanaşı, eyni zamanda Ermənistanda olan revanşist qüvvələrə və onların havadarlarına əsl mesaj idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, öz tarixi, əbədi və əzəli torpaqları uğrunda mübarizə və müharibə aparıb. Bu müharibəni ləyaqətlə qazanıb, zəfər çalıb. Bu qalibiyyət dövlətimizin, xalqımızın və ordumuzun həmrəyliyi, birliyi, şücaəti sayəsində başa gəlib. Azərbaycan siyasi və diploamtik sahələrdə bir sıra dost, qardaş ölkələrin dəstəyini alsa da, hərb meydanında tək başına olub, öz gücü ilə bu qələbəyə imza atıb. Ermənistan ordusunda 10 mindən çox fərari olub. Ancaq bizim qeyrətli, vətənpərvər oğullarımız qanını, canını Vətənimizin bütövlüyü və azadlığı uğrunda fəda etməkdən zərrə qədər çəkinməyib. Biz mübariz xalqıq, qorxmaz xalqıq. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. Təbii ki, o zamankı məğlubiyyətin bir sıra səbəbləri var idi. Xalqımız özündən asılı olan bütün qəhrəmanlığı və şücaəti göstərmişdi, neçə-neçə oğul və qızlarımız şəhid olmuşdu. Təəssüflər olsun ki, bu işğalın qarşısını ala bilməmişdilər. Çünki o zamankı dövlət rəhbərliyinin yarıtmaz idarəetməsi, milli maraqlarımızı heçə sayması, ordu quruculuğunun sıfır səviyyədə olması məğlubiyyətimizi şərtləndirən əsas amillərdir. Vətən müharibəsindəki qələbəmiz isə dövlət-xalq-ordu birliyinin, vəhdətinin təntənəsi və nəticəsi idi: “Şuşaya gedən yol 27 sentyabr tarixində başlayıb və bizi o tarixi günə addım-addım yaxınlaşdırıb. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilib. Müasir tariximizə qızıl hərflərlə həkk olunan, milli qürur günümüz kimi yaddaşlarda əbədi qalacaq bu tarixi günlərimiz daim xatırlanacaq. Bu zəfərin sevinci və qüruru heç bir azərbaycanlının qəlbindən silinməyəcək. Çünki biz bu tarixi uzun illər idi arzu edirdik, bir gün həqiqətin parıldayacağını, haqqın, ədalətin qalib gələcəyini ümidlə gözləyirdik. Belə də oldu. Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz bu sevinci və xoşbəxtliyi bizlərə yaşatdılar”.
Vüsar İsmayılovun fikrincə, işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, inşa edilir. Cəmi iki ilə yaxındır ki çəkilən “Zəfər yolu”muz isə bizi o müqəddəs torpaqlarımıza qovuşdurur. Artıq həmin torpaqlarımız gülüstana çevrilir. Dövlətimiz yüksək qətiyyət və iradə göstərərək erməni vandallığının qurbanı olmuş tarixi ərazilərimizin dirçəldilməsi və abadlaşdırılması, əvvəlki görkəminə qayıtması üçün təxirəsalınmaz infrastruktur layihələrini uğurla icra edir. Çox qısa zamanda bütün dünya Azərbaycanın ordu quruculuğu prosesində qüdrətini gördüyü kimi, qurub-yaratmaq, inşa etmək prosesində də gücünü görəcək.
Xəbər lenti
Hamısına baxHadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48

