/ / YAP müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirir
YAP müstəqil Azərbaycanda Heydər Əliyev ideyalarını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirir
24.11.2022 [12:09]
Ölkənin ciddi sınaqlara məruz qaldığı bir zamanda yaradılan Yeni Azərbaycan Partiyası ictimai-siyasi fikir tariximizin çox önəmli səhifələrindən birinə çevrilib. Burulğanlı, keşməkeşli bir dövrdə ictimai-siyasi meydana gəlmək və ölkəmizin müqəddəratında rol oynamaq, tənəzzüldən tərəqqiyə doğru inamla irəliləmək əlbəttə ki, çətin və şərəfli bir məramın reallaşması deməkdir.
Çox ciddi kataklizmlərin baş verdiyi bir zamanda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının dəyişməsinə aparan yolun başlanğıcı oldu. Hər hansı siyasi partiyanın yarandığı vaxtdan keçən, qısa müddət ərzində, hakimiyyətə gəlməsi tarixdə çox nadir hallarda rast olunsa da, YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi.
30 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır.
Belələliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında əsas aparıcı siyasi qüvvəyə çevrildi. Yeni Azərbaycan Partiyası dünyəvi siyasətin müasir fenomenlərindən biri olan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqdadır. Bu uğurlar dövlətçiliyin uğurlarıdır, dövlətin uğurlarıdır, xalqın uğurlarıdır.
2016-cı ilin Aprel döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə böyük qələbələr qazanıldı. Bu qələbələr 2020-ci il İkinci Qarabağ müharibəsində, mahiyyəti etibarilə Vətən müharibəsində daha böyük Zəfərlə tamamlandı. Bu Zəfər torpaqlarımızın azad edilməsi ilə tariximizin şanlı səhifəsinə çevrildi. İşğaldan azad edilmiş ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılır. Bu proqram da uğurla başa çatdırılacaqdır.
Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Bu çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər.
Bir iqtidar partiyası kimi YAP ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında müstəqil və doğru siyasət yürütmüş, bu gün də ölkəmizin inkişafı üçün öz siyasi platforması olan bir partiya kimi ölkəmizin aparıcı qüvvələrini öz ətrafında birləşdirir. Müxalifət qüvvələrindən fərqli olaraq YAP ölkəmizin inkişafını, xalqın rifah halının yaxşılaşdırılmasını, beynəlxallq nüfuzunun möhkəmləndirilməsini və genişləndiril-məsini ön plana çəkən nüfuzlu bir siyasi qüvvədir.
Bu gün həm Yeni Azərbaycan Partiyasında, həm də müstəqil Azərbaycanda Heydər Əliyev ideyaları şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını Ulu öndərin qoyduğu müvəffəqiyyətlərin, milli inkişaf strategiyasının daha geniş miqyaslı davamıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcəkdir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

