Beynəlxalq iqtisadi münasibətlərdə nəqliyyat dəhlizlərinin rolu böyükdür
03.12.2022 [17:41]
Noyabrın 25-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans bu gün də geniş müzakirə olunmaqdadır. İki saat yarımdan artıq davam edən konfransda cənab İlham Əliyev 16-dan çox sualı hərtərəfli və təfərrüatı ilə cavablandırdı. Dövlət başçısının çıxışı, eyni zamanda, konfrans iştirakçılarının suallarına cavabı Azərbaycanın bütün yeni çağırışlara hazır olduğunu dünyaya təqdim etdi. Həmin çıxışın əsasında Azərbaycanın hər zaman olduğu kimi, bu gün də sülhün və regional təhlükəsizliyin əldə olunmasında maraqlı tərəf, o cümlədən dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğu fikirləri dayandı. Əməkdaşlığa regional çərçivədən başlayan Azərbaycan illər keçdikcə bu əlaqələrin coğrafiyasını genişləndirdi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz layihələri, əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycanı regional əməkdaşlığın aparıcı qüvvəsi kimi tanıtdı. Dövlət başçısı İlham Əliyev çıxışında da bu məqama xüsusi diqqət göstərərək bildirdi ki, Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Ölkəmizin açıq dənizə, okeanlara çıxışı yoxdur. Buna görə istər enerji, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün çox gərgin işləməli idik. Eyni zamanda, coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Beş il bundan əvvəl tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik: “İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi biz nə işlər görürük. Biz müasirləşdirmə işləri aparırıq”
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi müəllifi olduğu layihələrin coğrafiyasının genişlənməsində də özünün aydın ifadəsini tapır. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın perspektivləri bu gün də geniş müzakirə olunur. Cənab İlham Əliyev konfrans iştirakçılarının suallarını cavablandırarkən bu layihələrə də diqqəti yönəltdi.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir. Xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsi, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir. Azərbaycanın regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan rolu göz qabağındadır. Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində nəqliyyat və kommunikasiya dəhlizlərinin rolu böyükdür. Bu baxımdan hazırda logistika dəhlizlərinin, kommunikasiya xətlərinin yenilənməsi ölkəmizi qarşıya qoyulmuş hədəflərə, sülhə daha da yaxınlaşdırır. Regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olduqdan sonra yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi qaçılmazdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20

