Enerji siyasətində önəmli səhifə və daha böyük uğurlarımızın başlanğıcı
16.02.2023 [11:46]
“Cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi və Prezident İlham Əliyevin həmin mərasimdə çıxışı olduqca əhəmiyyətlidir və bu hadisə müstəqillik tariximizdə, ölkəmizin inkişaf mərhələsində mühüm yer tutur. Əminliklə deyə bilərik ki, ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir. Bu gün məqsədyönlü enerji siyasətinin həyata keçirilməsi sayəsində bir çox nailiyyətlərə imza atılıb”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə bu gün ölkəmizin enerji potensialı böyükdür və 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının inşası ilə potensialımız daha da güclənəcək. Həmçinin Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Bu təməlqoyma mərasimi Azərbaycanın enerji siyasətində önəmli səhifə və daha böyük uğurlarımızın başlanğıcıdır.
Rayon təşkilatının sədri onu da vurğuladı ki, Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Xüsusilə qeyd etmək lazımdır ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olub. Təsadüfi deyil ki, müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümummilli liderin bütün sahələri əhatə edən uğurlu siyasi xətti enerji sahəsində də əsas bünövrə rolunu oynayıb və bu gün bu siyasətin davam etdirilməsi ilə enerji sahəsindəki uğurlarımız günbəgün artır. Ölkəmizin potensialının yüksəlməsilə yanaşı, daha böyük imkanların yaranmasına səbəb olur: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1976-cı ildə təməli qoyulan və 1981-ci ildə açılışı baş tutan Mingəçevir elektrik stansiyası 2018-ci ildə dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında yenidən qurulub. Bu yenidənqurma prosesinin yekunlaşması ilə stansiya daha böyük imkanlar əldə edib və bu gün ölkəmizin bu sahədəki inkişafına önəmli töhfələrini verməkdə dvaam edir”.
Vüsar İsmayılov çıxışının sonunda yeni stansiyanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olacağına inamını və əminliyini ifadə etdi. Bu istiqamətdə dövlətimiz tərərfindən görülən işləri yüksək qiymətləndirdi. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin davam etdirilməsi ilə uğurlarımızın və enerji təhlükəsizliyindəki mövqeyimizin bundan sonra da təkcə regionda deyil, Avropada və bütün dünyada önəminin daha da artacağını bildirdi.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

