YAP Xocavənd rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə bağlı konfrans keçirilib
21.02.2023 [16:55]
Xocavənd rayon Mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.
Əvvəlcə konfrans açıq elan edilərək dövlət himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Vüsal Hüseynov rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb. Bildirib ki, hazırda 11 ərazi partiya təşkilatı 1309 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.
Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb: “Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır. Vətən müharibəsində qazanılan qələbədə də partiyanın ideoloji siyasətinin rolu danılmazdır”.
Partiya veteranı, Şəhid atası Eyvaz Tağıyev, əməkdar müəllim Telli Alıyeva , fəal YAP üzvü Hicran Quliyeva, fəal gənc Rəfiqə Şükürlü çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, ulu öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.
Sonda YAP Xocavənd rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı fəxri fərmanla təltif olunub. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

