Zəngəzur dəhlizinin açılması qaçılmazdır
20.06.2023 [10:59]
Bildiyimiz kimi, Vətən müharibəsində tarixi qələbədən sonra, Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpası prosesinə start verdi. Artıq, Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı layihələr icra olunur. Regionun əsas strateji üstünlüklərində birincisi onun tranzit marşurutlarının üzrəində yerləşməsidir. Azərbaycanın israrla açılmasını təklif etdiyi Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də, Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq. Sirr deyil ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla da Bakı-Tbilis-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış əldə etmək olacaq. Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi davam edir, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolu çəkiləcək. Dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq. Zəngəzur dəhlizinin reallaşması, həmçinin, türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Nəinki Cənubi Qafqaz, bütövlükdə türk dünyası üçün ən vacib layihələrdən biri, məhz Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir, xüsusən də, Azərbaycan ilə Ermənistan arasında dəmiryolu komunikasiyasının bərpası ilə bağlı ümumi razılığın əldə edilməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması imkanları kifayət qədər yüksəkdir. Eləcə də, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq. Ermənistan uzun müddətdir ki, bu prosesi ləngitməyə çalışır. Baxmayaraq ki, Ermənistan 10 Noyabr bəyanatını imzalamaqla bu öhdəliyi öz üzərinə götürüb.
Ölkə Prezidenti, cənab İlham Əliyevin səsləndirdiyi bəyanatlarından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir. Zəngəzur dəhlizinin açılmasından sonra, Azərbaycan ərazisindən Böyük İpək Yolunun şaxələnməsi mümkün olacaq. Birinci mərhələ yenə də, Azərbaycan Respublikasının Prezideti, cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tiblisi-Qars dəmiryolunun açılması idi. İkinci mərhələ isə, Zəngəzur dəhlizindən keçərək oradan Naxçıvana, Qarsa, Qars üzərindən Türkiyəyə və Avropaya şərqdən gələn malları çatdıracaq. Eyni zamanda, bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaqdır. Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir. Bununla əlaqədar olaraq, son zamanlarda müzakirə olunan regiondakı bütün nəqliyyat dəhlizlərinin açılmasının strateji əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.
Son dövrlər sülh danışıqlarında müəyyən irəliləyişin əldə olunması da Zəngəzur dəhlizi məsələsinin reallaşmasını yaxınlaşdırır, lakin bu dəhlizin açılmasından narahat olan qüvvələr də var. Eyni zamanda Zəngəzur dəhlizi Türk dünyasının birləşməsində əhəmiyyətli rola malikdir. Ermənistanla aparılan son danışıqlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıqlar və bu layihənin reallaşmasında müəyyən irəliləyişlər əldə olunub. İran birmənalı Zəngəzur dəhlizinin açılmasının əleyhinədir və hər bir vasitə ilə buna mane olmağa çalışır. Digər tərəfdən Fransa da bu məsələdə maraqlı deyil, hətta Ermənistana silahla kömək edəcəyini vəd edir. Bu da, Ermənistandakı revanşist qüvvələri "ruhlandırır". Son günlər Ermənistan tərəfindən təxribatların artması da bunun nəticələrindəndir.
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

