Gələcəyimiz çox işıqlıdır
19.02.2024 [10:53]
Fevralın 14-də andiçmə mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev mühüm məqamlara toxunub, ötən 20 ilə qısa nəzər salıb, vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə görülmüş və görüləcək quruculuq işlərindən, qədəm qoyduğumuz yeni dövrdə Azərbaycanın qarşısında duran vəzifələrdən, xarici siyasət istiqamətində yeni perspektivlərdən bəhs edib.
“Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır”, deyən ölkə başçısı xalqın etimadına sadiqliyini bir daha nümayiş etdirdi.
Bu bir reallıqdır ki, bu gün dünyada və Avropada Azərbaycanın uğurlarını həzm edə bilməyən, ermənipərəst dairələrin əlində siyasi alətə çevrilmiş qüvvələr mövcuddur. Prezident İlham Əlyev öz nitqində bu məsələyə toxunanaraq bildirib ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir.
Hər zaman Türk Dövlətlərinin birliyinə əhəmiyyət verən, bu birlik üçün olduqca əhəmiyyətli işlər görən, təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev andiçmə mərasimində də bu məsələyə toxunaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacağını vurğulayıb. Ölkə başçısı qeyd edib ki, “Bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.
Çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ideoloji xəttin möhkəmləndirilməsi məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.”
Prezident İlham Əliyev nitqində növbəti önəmli vəzifənin Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Həmçinin ölkə başçısı, bütün sosial infrastrukturun inşa edildiyini, xəstəxanaların, məktəblərin, idman obyektlərinin, infrastruktur obyektlərinin, yolların, 130-dan çox tunel və körpünün, - 40 tunel və 90 körpünün, - inşa edildiyini vurğulayıb.
Çıxışının sonunda Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ölkə başçısı Ermənistanın havadarlarının daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istədiklərini bildirdi. Cənab Prezident bu havadarlara mesaj göndərdi ki, getsinlər, öz işlərilə məşğul olunlar. “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
Prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışı hər bir Azərbaycan vətəndaşında bir daha əminlik yaratdı ki, ölkəmiz əmin əllərdədir və gələcəyimiz çox işıqlıdır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09

