Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Yoşka Fişeri qəbul edib.
Görüşdə Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.