Füzulidə 2 hərbçi minaya düşdü

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

“Report” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, hadisə Şukürbəyli kəndində baş verib.

Nəticədə Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Yaralı hərbi qulluqçular xəstəxanaya yerləşdirilib.