Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin Ərzurum vilayətində  zəlzələ baş verib. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, 5,1 bal gücündə baş verən zəlzələnin episentri Ərzurumun Ərzurumun Köprüköy rayonunda olub. Zəlzələnin 6,94 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Zəlzələdə baş verən sürüşmə səbəbindən Köprüköy-Hınıs yolu bağlanıb.

Ərzurum valisi bildirib ki, ilkin məlumata görə, hələlik itki yox, bir neçə kənddə dağıntı var.