Türkiyənin Amasya vilayətində İzmir-Tokat istiqamətində hərəkət edən sərnişin avtobusu Amasya-Çorum avtomobil yolunun Tigem qovşağında aşıb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.
Yaralılar bölgəyə göndərilən təcili yardım maşınları ilə Amasya şəhərindəki xəstəxanalara aparılıb.