Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Bərdə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "LADA 012" markalı avtomobillə "Renault" markalı avtomobilin toqquşub.

Nəticədə "LADA" markalı avtomobildə olan 2 nəfər qadın xəsarət alıblar.

Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.