Avarçəkənlərimiz ilk dəfə Avropa Çempionatında iştirak edir

Almaniyanın Brandenburq şəhərindəki Beetzsee gölündə kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında Avropa çempionatı start götürüb. Yarışa 35 ölkədən 17 olimpiya çempionu olmaqla, 500-dən çox idmançı qatılıb.  Azərbaycan isə qitə çempionatında ilk dəfə təmsil olunur. ölkəmizin şərəfini 3 kanoeçi və 1 kayakçı qoruyur. Kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqda 200 metr və 500 metr, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik qayıqda 500 metr və 1000 metr, kayakçımız Ramil Məmmədov isə 500 metr və 1000 metr məsafələrə yürüş edəcək.