Bədii gimnastika üzrə XVI Bakı çempionatı başlayıb

Bakı Olimpiya İdman Kompleksində paytaxtın bədii gimnastika üzrə XVI çempionatı başlanıb. İki gün davam edəcək yarışlarda çempion adı uğrunda 5 yaş dərəcəsində 100-ə yaxın idmançı qız iştirak edəcək. çempionatın ilk günü 1998, 1999, 2000 və 2001-ci illərdə anadan olmuş qaliblərin və mükafat alanların adları məlum olacaq. İyunun 6-da isə 1994, 1995, 1996 və 1997-ci illərdə anadan olmuş idmançı qızlar yarışacaqlar.