Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına kütləvi axını nəzərə alınaraq Lənkəran və Lerikdə polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimai qaydanın qorunması, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması, nəqliyyatın rahat hərəkətinin təşkili üçün polis naryadlarının sayı artırılmaqla gücləndirilmiş iş rejimində xidmət aparılır.