VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində turizm sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Yekaterinburqda keçirilən VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə “Turizm sahəsində yeni əməkdaşlıq imkanları” mövzusunda “dəyirmi masa” təşkil edilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”nın Azərbaycan tərəfindən həmsədri R.Paşayev ölkəmizin turizm potensialı barədə təqdimatla çıxış edib.
Daha sonra tərəflər ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.