Zərdab məktəblisi: Tur-aksiya ölkəmizin tarixi məkanları ilə tanış olmaq üçün çox yaxşı fürsətdir

“Bu layihədə iştirak etdiyimə görə çox sevincliyəm. Tur-aksiyanın məqsədi, adından da göründüyü kimi, ölkəmizi yaxından tanımaq, onun tarixini, mədəniyyətini, mədəni irsini daha dərindən öyrənməkdir. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə biz məktəblilərə Azərbaycanın bölgələri ilə yaxından tanış olmaq fürsəti yaradıb. Bu baxımdan, layihənin əhəmiyyəti olduqca böyükdür”.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı, Zərdab şəhərindəki 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İlkin Niftəliyev Zaqatalada AZƏRTAC-a müsahibəsində deyib.
Tur-aksiyanın məktəblilərin dünyagörüşlərinin zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan İ.Niftəliyev onlara belə layihə hədiyyə etdiyinə görə məktəblilər adından ölkə başçısına minnətdarlığını bildirib.