Bir müddət əvvəl Facebook-un WhatsApp-da reklam göstərmək istədiyi ilə bağlı xəbərlər yayıldı. Belə ki, WhatsApp platformasından gəlir əldə etmək üçün Facebook Story-lər olan hissədə istifadəçilərə reklam göstərməyi planlaşdırırdı. Lakin son məlumata görə, şirkət bu qərardan imtina edib. Buna səbəb istifadəçilərin WhatsApp platformasından imtina etmə risklərinin olmasıdır.
Qeyd edək ki, 2016-dan etibarən istifadəçi sayı olaraq 1 milyardı keçən WhatsApp hələ də pulsuz şəkildə və reklamlar göstərilmədən istifadəçilərə xidmət edir.