Windows məhsulunun, o cümlədən Word, Excel, PowerPoint, OneNote və digər proqramın yenidən işlənib hazırlanacağı barədə Microsoft elan verib. “Yeni Azərbaycan” dünya mətbuatına istinadən xəbər verir ki, artıq Windows 10 tapşırıq bölməsində təkrar işarələnmiş nişanları yeni test quruluşunda təqdim etməyə başlayıb. Hazırda yeni nişanlar yalnız tapşırıq bölməsindədir. Verilən məlumata görə, adi istifadəçilər üçün yeni Windows nişanlarına tam keçid sistemin yaz yeniləməsi zamanı baş verəcək.