Yaponiya 6G üzərində çalışır

Yaponiya 6G üzərində işlərə başlayıb. Bunun üçün ümumilikdə 2.03 milyard dollar büdcə ayırıb. Nikkei tərəfindən verilən məlumatlara əsasən, 2030-cu ilə qədər 6G texnologiyası tamamlanacaq. Bildirilib ki, 6G texnologiyası 5G-dən 10 qat daha sürətli olacaq. Bu texnologiya tamamlandıqda insanlar özlərinin 3D modelləri ilə konfranslarda iştirak edə biləcəklər. 6G-nin hədəfləri və ümumi yol xəritəsi iyun ayında dəqiqləşəcək.
Qeyd edək ki, Yaponiya ilə yanaşı Çin, Koreya, Finlandiya da 6G üçün hazırlıqlara başlayıb.