2021: son 141 ildə qeydə alınan ən isti 10 ildən biri

2021: son 141 ildə qeydə alınan ən isti 10 ildən biri

2021-ci il dünyada bir çox mühüm hadisələrlə yadda qalıb. ABŞ-dakı Milli Okean və Atmosfer Administrasiyası (NOAA) 2021-ci ilin  əlamətdar cəhətlərinə birinin də əlavə olunması ehtimalını gündəmə gətirib. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, NOAA-nın son hesabatında yer alan məlumata görə, 2021-ci il son 141 ildə qeydə alınan ən isti 10 ildən biri ola bilər. Hesabata görə, belə getsə, 2021-ci ilin 1880-ci ildən bəri ən isti 10 ildən biri kimi qəbul ediləcək.

Hesabatda bildirilir ki, havanın temperaturu ilin sonuna kimi hazırkı orta səviyyədə davam edərsə, 2021-ci ilin son 140 ilin ən isti 10 ilindən biri olma ehtimalı 99 faizdən çoxdur.

NOAA-nın məlumatında bu əsrdə dünyanın ən isti ilk 5 ilinin hamısının 2015-ci il və sonrakı illərə aid olduğu da bildirilib və bu, qlobal istiləşmənin irəliləyişinin son əlamətləri kimi dəyərləndirilib.