ABŞ Prezidenti Cozef Bayden bazar günü axşam saatlarında Londona gəlib.
Cozef Bayden Londonda Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə Ukraynaya yardım məsələsini müzakirə edəcək və Kral III Çarlzla görüşəcək. İyulun 11-də və 12-də isə ABŞ Prezidenti NATO-nun Litvada keçiriləcək sammitində iştirak edəcək.