“Omikron” ştamı səbəbindən Ümumdünya İqtisadi Forumunun illik toplantısı bu il də baş tutmayacaq. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, 2022-ci ilin yanvarında keçirilməsi planlaşdırılan Davos Dünya İqtisadi Forumu COVID-19 səbəbindən təxirə salınıb.
Qeyd edək ki, illik toplantı 2022-ci il yanvarın 17-21-də İsveçrənin Davos-Klosters şəhərində baş tutmalı idi. İndiki pandemiya şəraitində üzbəüz görüşün keçirilməsi son dərəcə çətin olduğu, “Omikron” ştamının sürətlə yayılması səbəbindən qlobal forum 2022-ci ilin yayın əvvəlinə planlaşdırılır.
Xatırladaq ki, artıq ikinci ildir Davosda keçiriləcək Ümumdünya Forumunu COVID-19 məhdudiyyətlərinə görə təxirə salınır.