Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi

Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə törədilmiş partlayış nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb.

Yeniazerbaycan.com-un məlumatına görə, 60-dan çox yaralının olduğu deyilir.Qeyd olunur ki, partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Hücumun dörd nəfər tərəfindən törədildiyi deyilir.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.