Əfqanıstanda partlayışda Rusiya səfirliyinin iki əməkdaşı ölüb

Əfqanıstanda partlayışda Rusiya səfirliyinin iki əməkdaşı ölüb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı ölüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.  

Rusiya səfirliyinin yaxınlığında törədilən partlayış nəticəsində ümumilikdə 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir.