İsrail Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirib.
AZƏRTAC xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, hücum zamanı “Hizbullah”ın “Radvan” xüsusi təyinatlı qüvvələrinin təlim düşərgəsində yerləşən onlarla raket və buraxılış qurğusu hədəfə alınıb.
Hərbçilərin bildirdiyinə görə, obyekt Cənubi Livanın Eyn əl-Tina yaşayış məntəqəsi yaxınlığında yerləşib. İsrail tərəfi raketlərin İsrailə qarşı istifadə üçün nəzərdə tutulduğunu və zərbələrin mümkün təhlükənin qarşısını almaq məqsədilə endirildiyini bildirib