Macarıstan Ukrayna-Rusiya dialoqu üçün Budapeştdə birbaşa görüş təklif edib.
APA-nın xəbərinə görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto "Facebook" hesabında bildirib.
Macarıstan sülh istəyir. Biz bu istiqamətdə işləyirik, ona görə də mən Rusiya və Ukrayna nümayəndələri ilə Budapeştdə birbaşa danışıqlara başlamaq üçün müzakirələr aparıram. Mən bu gün Nyu-Yorkda BMT rəhbərliyindən kömək istəyəcəyəm”, - nazir vurğulayıb.