Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev hazırkı prezident Şavkat Mirziyoyevin dövlət başçısı seçkilərində qalib gəldiyini elan edib.
yeniazerbaycan.com-un Rusiyanın “RİA-novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Özbəkistan Respublikasının Mərkəzi Seçki Komissiyası Mirziyoyev Şavkat Miromonoviçin Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş hesab edilməsi barədə qərar qəbul edib. Z. Nizamxocayev bildirib ki, bütün bülletenləri sayıldıqdan sonra Şavkat Mirziyoyevin səslərin 80,12 faizini toplaması məlum olub.
Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri ötən bazar günü, oktyabrın 24-də keçirilib. Seçkilərdə seçicilərin 80 faizdən çoxu iştirak edib.