Pakistanın Pəncab əyalətinin Toba Tek Sinqh rayonunda avtomobilin traktora çırpılması nəticəsində altı uşaq da daxil olmaqla bir ailənin 11 üzvü həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli polis və xilasetmə xidmətləri məlumat yayıb. Qəza ailənin toydan qayıtdığı zaman baş verib. Altı nəfər hadisə yerində, digər beş nəfər isə aldıqları xəsarətlərdən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdrımalara başlanılıb.