Qazaxıstanda avtomobil qəzası: 9 nəfər həlak olub

Qazaxıstanda avtomobil qəzası: 9 nəfər həlak olub

Qazaxıstanın Türküstan vilayətində baş verən avtomobil qəzası nəticəsində azı doqquz nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 13-ü xəstəxanalara yerləşdirilib.

Hadisə bu gün səhər saatlarında Şayan kəndi yaxınlığında qeydə alınıb. Vilayət əhəmiyyətli Ekpindi-Sozak avtomobil trasında “Nissan”, “Toyota Camry” və “Volkswagen Grafter” avtomobilləri toqquşub. Qəzadan sonra avtomobillərdə yanğın baş verib.

İlkin məlumata görə, qəzaya “Nissan” avtomobilinin qarşı hərəkət zolağına çıxması səbəb olub.