Qırğızıstan və Tacikistan mübahisəli ərazilərlə bağlı danışıqlar aparacaq

Qırğızıstan və Tacikistan mübahisəli ərazilərlə bağlı danışıqlar aparacaq

Qırğızıstan və Tacikistan nümayəndələri dövlət sərhədinin mübahisəli hissələri ilə bağlı martda növbəti danışıqlar aparacaq.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat verib.

Danışıqların 10-16 mart tarixlərində Düşənbədə keçirilməsi gözlənilir. Qırğızıstan və Tacikistan 980 kilometr uzunluğunda dövlət sərhədinin delimitasiya və demarkasiyasını müzakirə edəcək.