Rusiya-Ukrayna danışıqları yaxın saatlarda başlaya bilər

Rusiya-Ukrayna danışıqları yaxın saatlarda başlaya bilər

Rusiya-Ukrayna danışıqları saat 15:00-da (Bakı vaxtı ilə 16:00) başlaya bilər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
 

O, danışıqların təxirə salınması barədə xəbərləri təkzib edib.

Medinski Ukrayna-Rusiya danışıqlarının Belarusun Brest vilayətində keçiriləcəyini də əlavə edib.