Son üç gündə Hörmüz boğazından 114 gəmi keçib

Son üç gündə Hörmüz boğazından 114 gəmi keçib

Son 72 saatda Hörmüz boğazından ümumilikdə 114 ticarət gəmisi keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici 2025-ci ildə gündəlik orta hesabla 138 gəminin keçdiyi su yolunda əvvəlki orta göstəricidən xeyli aşağıdır. Hesabata görə, boğazda sıxlıq yüksək olaraq qalır və bu, əsasən tranzit məhdudiyyətləri ilə bağlıdır.

Eyni dövrdə Hind okeanı ilə Qırmızı dənizi birləşdirən Bab əl-Məndəb boğazından 68 gəmi keçib.