Kiyev çoxsaylı ballistik raketlərlə vurulub

Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, oktyabrın 22-si gecə saatlarından başlayaraq Kiyevə kütləvi ballistik raketlər atılıb. Şəhərdə güclü partlayış səsləri eşidilib. Dağıntılar qeydə alınıb.

Yerli teleqram kanallarının yazdığına görə, Kiyevə 20-30 ballistik raket atılıb. Əsas hədəf enerji və strateji infrastrukturlar olub.