Fransa Rusiyanın bir neçə diplomatını ölkədən xaric edəcək.
APA xəbər verir ki, bu barədə "France-Presse" Fransa XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
"Fransa fəaliyyətləri maraqlarımıza zidd olan çox sayda rus diplomatı ölkədən çıxaracaq", -mənbə bildirib.
Diplomatik mənbə bildirib ki, Fransa Rusiyanın 35 diplomatını xaric edəcək. Məqsəd Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təim etməkdir.
Almaniya da 40 rus diplomatı arzuolunmaz şəxs (persona non-qrata) elan edib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova rus diplomatların geri göndərilməsinə görə cavab tədbirləri görüləcəyini bildirib.