ABŞ hərbçiləri Suriyaya endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı məlumatda deyilir.
"Mərkəzi Komandanlıq İŞİD-in Suriyanın şərqindəki lideri Usamə əl-Muhaciri endirilən zərbə nəticəsində öldürüb. Zərbə zamanı mülki əhalinin öldüyünə dair heç bir dəlil yoxdur”, -deyə məlumatda qeyd edilib.
Məlumata görə, zərbə “MQ-9” pilotsuz uçuş aparatı ilə həyata keçirilib.