Sudanın qərbindəki Kordofan əyalətinin Əl-Nuhud şəhərində qızıl mədəni çöküb. yeniazerbaycan.com Türkiyənin “İhlas” agentliyinə istinadən xəbər verir ki, qızıl mədəninin çökməsi nəticəsində ən azı 31 nəfər həyatını itirib, 8 nəfər itkin düşüb, 1 nəfər isə xilas edilib.
Kordofan əyalətinin Mineral Ehtiyatlar Şirkətinin rəhbəri Xalid Dahva bildirib ki, 8 nəfərdən xəbər almaq mümkün olmayıb və bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub.
Qeyd edək ki, qızıl mədənində bundan əvvəl baş verən çökmədən sonra mədən bağlanıb, lakin sonra yenidən açılıb.
Xatırladaq ki, Sudanda qızıl hasilatı qeyri-adekvat infrastruktura malik olduğuna görə mədənlərdə tez-tez qəzalar baş verir.