ÜST Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan etdi

ÜST Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədəki zəlzələ ilə bağlı fövqəladə vəziyyət elan edib.

ÜST Türkiyədə baş verən zəlzələ üçün ən yüksək səviyyə olan “3-cü dərəcəli fövqəladə vəziyyət” elan edib.

Qeyd edilib ki, ÜST-nin 3-cü dərəcəli fövqəladə vəziyyəti ən yüksək fövqəladə hal kimi qiymətləndirilir və ÜST-nin bütün agentlik aktivlərinin səfərbər edilməsinə aiddir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.