Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Kişinyova gəlib. MDB üzvü olan ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Kişinyov hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan dövlətinin başçısını Moldovanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, MDB İcraiyyə Komitəsinin rəsmi şəxsləri qarşılayıblar. Milli geyimli oğlan və qızlar dövlətimizin başçısına duz-çörək təqdim ediblər.